İtaliyada son sutka ərzində 454 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 24 114-ə çatıb. Bu barədə İtaliyanın Mülki Müdafiə xidməti yazılı açıqlama verib.
Məlumata görə, sözü gedən ölkədə koronavirusa yoluxanların sayı 181 228-ə yüksəlib. Onlardan 48 877 xəstə isə sağalaraq evə buraxılıb.