Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusun (Covid-19) ən geniş yayıldığı ölkə hal-hazırda ABŞ-dır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə daxilində koronavirusdan ən çox ölümün yaşandığı şəhər isə Nyu-Yorkdur. 20 mindən çox insanın pandemiya qurbanına çevrildiyi Nyu-Yorku yırtıcı quşlar işğal edib.

Belə ki, şəhərin mərkəzi yerlərində görüntülənən yırtıcı quş sürüsünün cəsədlərin qoxularını hiss edərək gəldikləri təxmin edilir. Məlumat üçün bildirək ki, bu quşlar cəsəd qoxusunu 1,5 kilometr məsafədən də hiss edə bilirlər.

Bu quşların bir morq işçisinin xüsusi torbaların bitməsi səbəbindən 80 cəsədi çarşafa sararaq daşımasının ardından şəhərə gəldikləri bildirilib.