Dünyada koronavirusla bağlı statistika hər gün dəyişir. Sevindirici haldır ki, sağalaraq virusa qalib gələnlərin sayı artmaqdadır.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, dünyada pandemiyaya yoluxanların sayı 2 442 264-ə çatıb. Müalicə olunaraq sağalanların sayı isə 640 107 nəfər təşkil edib.

Ən çox xəstələrin sağaldığı ölkələr Almaniya (91 500), İspaniya (80 587), Çin (77 084), ABŞ (71 489), İran (59 273), İtaliya (48 877) və Fransa (36 587) olub.

Qeyd edək ki, dünyada 167 893 nəfər isə bu virusun qurbanına çevrilib.