Bütün dünyada koronavirusa qarşı peyvənd hazırlamaq üçün araşdırmalar davam etdirilir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə sevindirici xəbər İsveçrədən gəlib. Belə ki, Bern Universitetindən professor Martin Bachmann oktyabr ayında peyvəndin hazır olacağına ümid etdiklərini bildirib.
Digər tərəfdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom ÜST-ün Cenevrədəki qərargahında video konfrans üsulu ilə keçirilən mətbuat konfransında insanları maraqlandıran sualları cavablandırıb.
O bildirib ki, peyvəndin mümkün olduğu qədər tez bir müddətdə hazırlanması üçün işlər davam etdirilir.