Dünya koronavirusun yeni növü (COVID-19) ilə mübarizə apararkən, Zimbabve malyariya epidemiyası ilə üzləşib.
Unikal.org xarici KİV-ə istinadən məlumat vreir ki, Cənubi Afrika ölkəsi Zimbabvedə malyariya xəstəliyində son 4 ayda ölənlərin sayı 152-yə yüksəlib.
Zimbabve Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, yanvar ayından bəri ölkədə 170 min 303 malyariya xəstəliyi müşahidə edilib və 152 nəfər epidemiya səbəbiylə həyatını itirib.
Hökümətin epidemiyaya qarşı tədbir aldığını ifadə edərək, malyariya əlamətləri ilə qarşılaşanların xəstəxanalara müraciət etmələri lazım olduğu bildirilib.
Ölkədə oktyabr-aprel arasındakı yağışlı dövrdə, ağcaqanadların daha çox göründüyü zaman, malyariya hallarına tez-tez rast gəlinir.