COVID-19 epidemiyasının ən təsirli olduğu ölkələr siyahısında birinci yeri tutan ABŞ-da ölüm və yoluxma  hallarının sayı günü-gündən artır.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, Yeni növ koronavirus (COVID-19) epidemiyasının mərkəzi olan ABŞ-da və ən çox tələfatın yaşandığı ölkədə bir çox ştat gördükləri tədbirləri yüngülləşdirməyə hazırlaşıb.

Corciya ştatında, epidemiya ilə mübarizə çərçivəsində bağlanan bəzi əyləncə yerlərinin cümə günü açılacağı açıqlanıb.

Georgia valisi Brian Kemp, Georgio iqtisadiyyatını canlandırmaq üçün kino, restoran, idman, gözəllik və boulinq xiyabanlarının yenidən açılacağını açıqladı.
İş yerlərindəki işçilərin növbə və sosial məsafə qaydalarına uyğun işləmələrinin məcburi olduğunu ifadə edən Kemp, bütün iş yerlərini maska və əlcək geyinməyə çağırıb.

Kemp ayrıca ştatda olan “evdə qalma” təlimatının aprelin 30-da başa çatacağını, ancaq bar və gecə klublarının bağlanmağa davam edəcəyini bildirib.

Digər tərəfdən, Kemp yaşlıların və uşaqların evdə qalmağa davam etmələrini vurğulayıb.

Digər tərəfdən, Pensilvaniya qubernatoru Tom Wolf, şimal-şərqdə Konnektikut, Delaver, Rhode Island və Massachusetts ştatları ilə təmasda olduqlarını və iş nisbətlərinin dəyişməsinə görə iqtisadi dövrü 30 apreldə nəzarət altına ala bildiklərini bildirib.

Cənubi Karolina Qubernatoru Henry McMaster, 27 apreldən sonra mebel, kitab, musiqi, çiçək, geyim və aksesuar mağazalarının 90 kvadrat metrə maksimum 5 müştəri ilə açıla biləcəyini də açıqlayıb. 

Lakin Tennessi, Texas, Yuta, İndiana, Şimali Dakota və Ohayo ştatları may ayının 1-də iş yerlərinin mayın 1-də açılacağını bildiriblər.