Cənubi Amerikada, Braziliyada, son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə 383 nəfər həyatını itirib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, virus səbəbiylə ölənlərin sayı 383 nəfər artaraq 2845, virusa yoluxanların sayı 1927 nəfər artaraq 40 min 581-ə yüksəlib.
Əhalisi 210 milyona çatan Braziliya, Latın Amerikasında COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.
Belə ki, bölgədə COVID-19 və virusla əlaqəli ölüm hallarının ilk hadisəsi Braziliyada baş verib.