Türkiyənin Hakkari Yüksekova ərazisində rayon mərkəzindən 30 kilometr uzaqlıqdakı Yurekli kəndində “İlan Baharı” bölgəsində sürülərlə olan ilanlar həmin ərazidən keçən insanların qorxusuna səbəb olub.
Unikal.org Türkiyə KİV-ə istinadən məlumat verir ki, Hakkarinin Yüksekova mahalında sürülərlə görünən ilanlar insanları qorxutmaqdadır. Yol boyu ilanlar Braziliyanın “İlan adasına” bənzəyir. Yoldan keçənlər ilanların bəzən yola toplu şəkildə gəldiklərini bildiriblər.