Şimali Koreyanın 36 yaşlı lideri Kim Çen In barəsində ABŞ kəşfiyyatından diqqətçəkən bir açıqlama gəlib.

Unikal.org ABŞ kəşfiyyatındakı mənbəyə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın əməliyyat keçirdiyini və vəziyyətinin çox ağır olduğunu bildirilib. Adını açıqlamayan digər ABŞ rəsmisi,  “Ürək-damar problemi üzündən Kim əməliyyat edildi” deyərək, Kimin səhhətinin ciddi olduğunu, lakin vəziyyətinin ağır olub-olmadığı barədə dəqiq məlumat olmadığını söyləyib.

Lakin, Cənubi Koreya mediasında yer alan məlumatlara görə, Kim Çen In 12 apreldə Kumgang dağı yamacındakı bir iqamətgahda əməliyyat keçirdiyini  və sonra bir villada dincəldiyi qeyd olunub. 

Şimali Koreyadan Cənubi Koreyaya qaçan insanların təsis etdiyi gündəlik NK xəbər saytındakı məlumatlara görə, Kim Çen Inın səhhəti siqaret çəkmək, həddindən artıq işləmək və piylənmə səbəbindən əməliyyat olduğu bildirilib.