Ermənistadan daha 62 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org  xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 401-ə çatıb. Ölənlərin sayı isə 2 nəfər daha artaraq 24-ə yüksəlib.

Bildirilib ki, indiyədək 609 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, ölkədə bir gündə 48 yoluxma faktı qeydə alınmışdı.