Koronavirusun yeni növü bir çox ölkədə olduğu kimi Çindəki hüquq sisteminə də təsir edib. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, uzun müddətdir Çində məhkəmə işlərinə baxılmaması hüquq sistemində çətinliyə səbəb olub. Ölkədə internet üzərindən işləmək üçün məhkəmələr qurmağın yolu tapılıb.

Çindəki Ali Xalq Məhkəməsi bütün məhkəmələrdən işlərini virtual mühitə aparmasını istəyib. İlin əvvəlindən sürətlə yığılan hallar üçün internet üzərindən aparılan ağıllı məhkəmələr istifadəyə verilib. Tətbiq ilə vasitəçilikdən dəlil təqdimatına qədər bir çox əməliyyat internet üzərindən edilə bilər.

Belə ki, uzun müddət baxıla bilməyən iş sənədləri yenidən açılıb. Bir çox sahədə olduğu kimi, hüquq sistemi də video konfranslardan istifadə edilib.