Rusiyada koronavirus (COVID-19) yoluxanların sayı son 24 saat ərzində 5 min 642 artaraq 52 min 763-ə çatıb.
Unikal.org Rusiya KİV-ə istinadən məlumat verir ki, Rusiya səlahiyyətlilərinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə koronavirusa 5 min 642 nəfərdə yoluxma halı aşkar edilib.
Belə ki, ümumi yoluxanların sayının 52 min 763-ə çatdığı ifadə edilən şərhdə, həyatını itirənlərin sayı son 24 saatda 51 nəfər artaraq 456-ya çatdığı qeyd olunub.