Madaqaskar Prezidenti Andry Rajoelina, yeni koronavirus (Covid-19) əleyhinə iddia etdiyi dərmanı paytaxt Antananarivoda təşkil etdiyi mətbuat konfransında kameralar qarşısında içib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Prezidenti Andry Rajoelina, Madaqaskar Tətbiqi Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan və malyariyanın müalicəsində istifadəsi ilə tanınan artemisia bitkilərinin qarışığı olan “Covid Organics” adlı dərmanı və ölkədə bir çox “dərman bitkiləri”ni təbliğ edib. Bitki çayının yeddi gün ərzində təsir göstərdiyini söyləyən, prezident: “Bu gün bu dərmanın yaxşılaşdığını və öldürmədiyini göstərmək üçün qarşınızda sınayacağam” deyərək kameralar önündə mayeni qəbul edib.

Daha sonra “Twitter” hesabında “Covid Organics”in fotosunu paylaşan Rajoelina, dərmanların yoxsullara pulsuz veriləcəyini qeyd edib.  Prezident Rajoelina, dərmanın çox əlverişli bir qiymətə veriləcəyini və gəlirin gələcək inkişafı üçün istifadə ediləcəyini də bildirib.

Qeyd edək ki, hazırda bu dərmanın koronavirusa qarşı xüsusi təsiri olduğu haqqında heç bir elmi araşdırma yayımlanmayıb.