Dünyanı təsir edən və 170 mindən çox insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxdığı Uhanda koronavirus xəstələrini müalicə edərkən koronavirusa yoluxan iki  kardioloq Yi Fan və Uroloq Hu Veifengin  virusa qalib gəlmələrindən sonra böyük bir dəyişikliyə uğrayıblar.

Unikal.org Çin mətbuatına istinadən xəbər verir ki, koronavirusa yoluxan  2 aylıq müalicədən sonra xəstəliyi məğlub edən kardioloq Yi Fan və Uroloq Hu Veifengin dəri rəngi dəyişişib.

Çaşqın Çin mütəxəssisləri, həkimlərin dəri rənginin dəyişməsini virusun qaraciyərə zərər verməsi ilə əlaqələndiriblər.