İtaliyanın Baş naziri Cüzeppe Conte, koronavirus (COVID-19) səbəbiylə ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin bu həftənin sonunda elan ediləcək detallı bir plan çərçivəsində azadılmağa başlanacağını bildirib. 

Unikal.org İtaliya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Cüzeppe Konte öz “Facebook” hesabındakı postunda, COVID-19 səbəbiylə ölkə daxilində 10 Mart tarixindən etibarən qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin 4 Mayda azadılmağa başlanacağınıqeyd edib.

Hökumətin “virusla yaşayacağımız dövr” olaraq xarakterizə etdiyi 2-ci mərhələ üçün mütəxəssislərlə gecə-gündüz işləməyə davam etdiyini bildirən Conte, bu həftənin sonuna qədər 2-ci mərhələ üçün ətraflı proqramı sizə izah edəcəyimi ümid edirəm, “Planlı həyata keçirəcəyik” deyə bildirib. 

Conte, bir çox vətəndaşın mövcud sərt tədbirlərdən bezdiyini və tamamilə boşaltmaq və ya çıxarmaq istədiklərini söyləyib.

Qeyd edək ki, COVID-19 səbəbiylə İtaliyada bu günə qədər 181 min 228 nəfər koronavirusa yoluxmuş, 24 miin  114 nəfər virus səbəbiylə həyatını itirib.