Dünyanı təsir edən koronavirus (Covid-19) xəstəliyi səbəbindən 40 mindən çox insanın öldüyü ABŞ-da, Miçiqan ştatında baş verən  karantin rejiminə qarşı etirazlar bir çox ştatlarda da  görülüb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, Miçiqan ştatında koronavirusun yayılması səbəbiylə görülən tədbirlərin aradan qaldırılması üçün başladılan etiraz nümayişləri ölkə daxilində yayılıb.

Belə ki, bəzi ştatlarda Kaliforniya‎, Aydaho‎, Ohayo, Nyu-Cersi, Miçiqan‎, Oklahoma‎,Florida‎, Arizona‎, Texas‎, Vaşinqton ştatı‎ və Nyu- Yorkda insanlar küçələrə çıxaraq indiki vəziyyətə etiraz ediblər.

“Evdə qalmaq” çağırışlarına reaksiya verən Tramp tərəfdarı olan etirazçılar işlərinə qayıtmaq istədiklərini bildirərək silah və maskalarla küçələrə çıxıblar.

Nümayişçilər “Yenidən dövlətlər” və “Karantin bitdi, işləyək”yazılmış plakatlarla verilən qərarlara etiraz ediblər.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp, sosial mediada “Minnesotaya azadlıq” və “Miçiqana azadlıq” sözlərindən istifadə edərək Demokrat qubernatorlarının rəhbərliyi altında bəzi ştatlardakı koronavirus tədbirlərinin ləğv edilməsi ilə bağlı etirazları dəstəkləyib.