İranda yeni növ koronavirus epidemiyasında ölənlərin sayı son 24 saatda 88 nəfər artaraq ümumi ölü sayı  5297-ə çatıb

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saat ərzində 88 adamın həyatını itirdiyini və COVID-19 səbəbiylə son 24 saatda ölkədə 297 yeni yoluxmanın aşkarlandığını açıqlayıb.

Beləliklə, Cihanpur, COVID-19 səbəb olduğu can itkisinin 5 min 297-yə qədər artdığını və yoluxanların ümumi sayının 84 min 802-yə çatdığını bildirib.

Virusa yoluxan xəstələrin 3 min 357-nin kritik olduğunu ifadə edən Cihanpur, bu günə qədər sağalan xəstələrin sayının 60 min 965 olduğunu ifadə edib.