Adolf Hitlerin doğum günündə, İsveçin Blekinge, Skane və Östergötland bölgələrinin bir çox şəhərində naməlum şəxslər tərəfindən bayraqlar asılıb. 

Unikal.org İsveç rəsmi xəbər agentliyi TT-nin verdiyi xəbərə istinadən məlumat verir ki, Nasist bayrağı Linköping, Kisa, Karlskrona, Karlshamn, Hässleholm, Malmö, Motala şəhərləri və rəsmi binalar yaxınlığındakı postlara qaldırılıb.

Cənubi İsveç Polis İdarəsinin sözçüsü Patric Fors, bununla bağlı bir çox şikayət aldıqlarını və bayraqları dərhal endirdiklərini söyləyib.

Həmçinin də, Fors hadisə ilə əlaqədar istintaq başlatdıqlarını sözlərinə əlavə edib.