Hollandiyada son 24 saat ərzində yeni növ koronavirus (Kovid-19) epidemiyasında həyatını itirənlərin sayı 165 nəfər artaraq 3 min 916-a çatıb.
Unikal.org Hollandiya KİV-ə istinadən xəbər verir ki, Hollandiya Səhiyyə Nazirliyi ilə əlaqəli Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) COVID-19 haqqında məlumat yenilənib.
Belə ki, koronavirusa yoluxan insanların sayının 729 nəfər artaraq 34 min 134-ə, virus səbəbiylə həyatını itirənlərin sayı isə 165 nəfər artaraq 3 min 916-ya yüksəlib.