Oğuz rayonunda yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.