Goranboy sakini velosipeddən yıxılaraq ölüb.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində baş verib.
Belə ki, 11-ci sinif şagirdi velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.