Bakıda avtomobil qəza törədib.

Unikal.org FHN-nin saytına istinadən  xəbər verir ki, paytaxtın Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. 

Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.