Türkiyəli məşhur kino ulduzu Burak Özçivit sosial şəbəkə hesabında ilk dəfə oğlu Karanın fotosunu paylaşıb.
Unikal.org xəbər verir ki, ATV kanalının ən reytinqli seriallarından biri olan “Quruluş Osman” serialının aparıcı aktyoru Burak Özçivit, serialda Osmanı izləyən oğlu Karanın fotosunu “canımın canı” qeydiylə paylaşıb.
İnstaqramda 14,8 milyon izləyicisi olan Burak Özçivitin, onu televiziya ekranından izləyən oğlunun şəklini paylaşdığı fotoya bir milyondan çox bəyənmə və minlərlə şərhə gəlib.