Bakıda yük avtomobilində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərin Binəqədi rayonunda qeydə alınmış hadisə zamanı “MAN” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.