Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. 

Bu barədə Unikal.org-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, aparılan araşdırmalarla əvvəllər məhkum olunmuş, rayon sakini, 39 yaşlı Anar Məmmədzadə rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığı oğurladığı müəyyənləşib. Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.