Qazax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xanlıqlar kəndində qeydə alınıb.

Qəza zamanı 2 nəfər - Şahmar Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar. Ş.Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.