Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib. 

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

Yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.