Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin zirzəmisində ev əşyaları 10 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.