İranın qərbindəki Loristan əyalətindəki Firuzabad şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org məlumat verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Loristan əyalətindəki Firuzabad şəhəri olan 5.1 bal gücündə zəlzələ yerli vaxtla 12.37-də qeydə alınıb.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələdə ölən və ya mal itkisi olub-olmaması ilə bağlı hələ açıqlama verilməyib.