Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.
Unikal.org-un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması son 2 turda Rusiya və Avropa komandaları ilə üz-üzə gəlib. Hər iki görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Birinci lövhədə oynayan Rəcəbov ilk görüşündə rusiyalı Vladislav Artemyovu yenib.
Bu, 35 yaşlı qrossmeysterin Millətlər Kubokunda ilk qələbəsi olub. O, son qarşılaşmasında isə fransalı Maksim Vaşyö-Laqravla heç-heçə edib.