Göygöldə evdə partlayış baş verib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub.
Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub.
Fakt araşdırılır.