Ötən gün paytaxtda intihar hadisəsinin qarşısı alınıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan gənc intihar etmək istədiyini deyib.

Bu zaman Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının yaxınlıqda olan əməkdaşlarından biri hadisənin qarşısını alıb. 

Vətəndaşların sözlərinə görə, Çevik Polis Alayının serjantı Xanlar Nəcəfov intihar etməyə cəhd edən şəxsi xilas edib.

Həmin görüntüləri təqdim edirik: