"BBC" telekanalının müxbiri Sima Koteça irqçiliyə məruz qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İngiltərənin Lester şəhərində baş verib. Yoldan keçən bir şəxs canlı yayıma başlamaq üçün hazırlaşan Koteçaya qara dərili olduğu üçün xoşəgəlməz sözlər deyib.

Əsəbiləşən 40 yaşlı müxbir canlı yayımı həyata keçirə bilməyəcəyini bildirib. O və onun iş yoldaşları yaşanan bu hadisədən sonra həvəsdən düşdüklərini qeyd ediblər.