Bakı metropolitenində intihara cəhd olub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında baş verib. Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd göstərib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb.