Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasimov olduğu məlum olub.
Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.
Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.