Koronavirus epidemiyasından qorunmaq üçün vaxtını evdə keçirən və tez-tez sosial şəbəkədə canlı konsert verən türkiyəli məşhur müğənni Yıldız Tilbe bu dəfə insanları gözəllik salonlarına və bərbərxanalara getməməyə səsləyib.
Unikal.org xəbər verir ki, sosial şəbəkədə canlı yayım zamanı Yıldız Tilbe, alış-veriş mərkəzlərinin və bərbərlərin çox riskli yer olduğunu bildirərək izləyicilərinə xəbərdarlıq edib.
Həmçinin də, məşhur müğəni özünün də oraya getməyəcəyini söyləyib.
Belə ki, canlı yayımda izləyiciləri ilə söhbət edən Tilbe “Mən çox gözələm. Heç belə makiyaj görmüsünüz? Mən də görmədim” deyərək evdə canlı yayımda izləyiciləri üçün makiyaj edib.