Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının axtarışları başa çatıb. 

FHN-dən Unikal.org-a verilən məlumata görə, A.Məmmədovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.