Türkiyəli məşhur sənətkar, 1999-cu ildə vəfat edən Barış Mançonun böyük qardaşı Savaş Manço, uzun müddət müalicə aldığı mədəaltı vəzi xərçəngindən həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə əmisinin öldüyünü açıqlayan sənətçinin oğlu Doğukan Manço öz “Twitter” hesabından , “Atamızın qardaşı, əmimiz (Savaş Manço) pankreas xərçəngi nəticəsində vəfat eddib” deyə bildirib.
Xatırladaq ki, Türk musiqisinin əfsanəvi adlarından biri olan Barış Manço 1999-cu il 1 fevralda evində infarkt nəticəsində həyatını itirmişdi.