Məşhur “Çocuklar duymasın” serialının qəhrəmanı “Haluk” - Tamer Karadağlı kökü Azərbaycanlı olduğunu Türkiyə mediasına bəyan edib.
Unikal.org xəbər verir ki, Tamer Karadağlı bildirib ki, Azərbaycan onun babalarının torpağıdır: "Mən özüm Ankarada doğulmuşam. Baba tərəfim Karsdan. Ata və anamın böyük babaları Azərbaycandan Karsa gəlib. Bu tarix 1900-cü illərə təsadüf edir. Birsözlə mənim köküm azərbaycanlıdır".