“Scarface” filmindəki rolu ilə tanınan ABŞ aktyoru Geno Silva, demensiya xəstəliyindən həyatını itirib.
Unikal.org xəbər verir ki, 72 yaşlı məşhur aktyor uzun müddət əziyyət çəkdiyi demensiya (yaddaş pozğunluğu) xəstəliyindən vəfat edib.
Bildirək ki, aktyor “Silva Scarface”də səssiz sui-qəsdçi “Kəllə” rolunu canlandırıb.
Məşhur aktyor “Silva Jurassic Park”, “Alias”, 2Star Trek: Enterprise”, “Walker Texas Ranger” və “Fantasy Island” da daxil olmaqla çoxsaylı səhnə əsərlərində və seriallarda iştirak edib.