“Yuventus”un superulduzu Kriştiano Ronaldonun 14 günlük karantin müddəti başa çatıb.
Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu artıq Turin təmsilçisinin məşqlərinə qatılacaq.
Bu Ronaldonun karantindən sonra ilk məşqi olacaq.
Qeyd edək ki, Ronaldo mayın 5-i Portuqaliyadan İtaliyaya qayıtdığı üçün 14 gün müddətində karantinə alınmışdı.