Bakı Media Mərkəzi və “ButaFilm” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib.  

Unikal.org xəbər verir ki, filmin çəkilişləri zamanı Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətlərilə yaxından əməkdaşlıq edilib.  

Filmdə İkinci Dünya Müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.  

Yüksək peşəkarlıqla çəkilmiş ekran əsərinin beynəlxalq film festivallarında Azərbaycanı təmsil etməsi gözlənilir.