İngiltərənin məşhur aktrisası 24 yaşlı Lucy Fallon “Coronation Street” seriyasından ayrıldıqdan sonra işsiz olduğunu, buna görə geyimlərini internetdə satmağa başladığını bildirib.
Unikal.org xəbər verir ki, ildə 1 milyondan çox pul qazanan gənc aktrisa işdən ayrılmağı və digər layihələrdə oynamağı planlaşdırarkən COVID-19-un hər şeyi tərsinə çevirdiyini söyləyib.
Belə ki, maddi çətinlik çəkən aktrisa geyimlərini sosial şəbəkə hesabından satışa çıxardıb. Fallon, onlayn alış-veriş etdiyi hesabın və satışa təqdim olunan köhnə malların və paltarların fotolarını paylaşıb.