İtaliyanın “Milan” və “İnter” klublarının birgə istifadə etdiyi “San Siro” stadionunu sökərək, yerində daha böyük arena tikməyi planlaşdırdığını xəbər vermişdik.

Unikal.org xəbər verir ki, Lombardiyanın mədəni irs üzrə regional komissiyası stadionla bağlı yekun qərarı verib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mütəxəssislər stadionu tarixi miras olaraq dəyərləndirməyib və sökülməsinə icazə verilib. Hazırda stadion orijinal memarlığın çox cüzi hissəsinə malikdir. Buna görə də, stadion tarixi miras kimi dəyərləndirilə bilməz.

Xatırladaq ki, “San Siro” 1925-ci ildə tikilib.