Karantin günlərini Muğlada kənd evində keçirən türkiyəli məşhur müğənni həyatından danışıb.
Unikal.org xəbər verir ki, şəhər həyatından canını qurtaran və təbiətlə harmoniyada yaşayan Göksel yeni həyatını “Kanal D”də yayımlanan “2-ci Səhifə” şou proqramına açıqlama verib .
Belə ki, Muğlanın bir kəndində bir karantin günlərini keçirən məşhur müğənni, “Dostumla ani bir qərarla Muğlaya gəldik. İstanbulda özümü yaxşı hiss etmədim. Özümüzə çox gözəl bir yer tapdıq. Tam bir kənd həyatı yaşayırıq. Konsertdən konsertə qaçacağımı düşünərkən birdən bağdakı toyuqların arasında oldum" deyə ifadə edib.
İstanbula dönmək barədə hələ düşünmədiyini ifadə edən Göksel sözlərini belə davam edirib: “İstanbulda rahat bir həyat yaşadım, amma burada xoşbəxtəm. Burada qalmaq istəyirəm, amma İstanbulda bir ailəm var” deyə cavab verib.