Türkiyənin komediya aktyoru Şahan Gökbakar sahibi olduğu film şirkətinin əməkdaşını işdən çıxarıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət bundan əvvəl qrip olan və evində qalaraq müalicə alan S. D. mühafizəçi vəzifəsindən azad edilib.
İşdən çıxarılan şəxsə bildirilib ki, koronavirusa yoluxduğu üçün rəhbər belə bir addım atıb.
S. D. isə prokurorluğa müraciət edərək, şirkətin ona böhtan atdığını, rəhbərlikdən şikayətçi olduğunu qeyd edib.
Faktla bağlı araşdırma aparılır