Ukraynanın Krivoy Roq şəhərində itkin düşmüş Azərbaycan vətəndaşı axtarılır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 13 yaşlı İbrahim Talıb Ramil oğlu mayın 28-də səhər evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun harada olduğu barədə indiyədək heç nə məlum deyil.