Fransanın Monpelye şəhərinin yaxınlığında dəhşətli hadisə yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli ana Dilek Yücetepe iki övladı ilə birlikdə evlərinin hovuzunda ölü tapılıb. Onun həyat yoldaşı isə bu mənzərə ilə üz-üzə qaldığı üçün infarkt keçirib.
O, qonşuların köməyi ilə arvadını və övladlarını hovuzdan çıxarıb. Qeyd edək ki, onun övladlarından birinin 2, digərinin 4 yaşı olub.
Faktla bağlı araşdırma aparılır.