Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.
Unikal.org "baku.ws"-yə istinadən xəbər verir ki, əməkdar artist xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Hazırda temperaturu bir qədər yüksək olsa da Bəhram Bağırzadənin vəziyyəti stabildir.