"Mənfi şərhlərə gülürəm. Hərdən burnumu pisləyirlər. Amma kəsdirmirəm".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "Fatehin divanı" proqramında qonaq olarkən deyib. Ulu babasından danışan sənətçi bəy nəslindən olduğunu söyləyib.
O, aparıcının "Qızılları harada gizlədirsiz" sualına belə cavab verib:
"Səttar Bəhlulzadə babamın qardaşı olub. Ailəm mənim də rəssam olmağımı istəyirdi. İki il təhsil aldım. Amma indi unutmuşam. Bəy nəslindənəm. Bu barədə çox informasiyaya malik olmasam da, nənəm hər zaman danışırdı. Sovet dövründə Bakıda ulu babamın neft buruqları olub. Hətta bu barədə sənədli film də çəkilib. Bununla bağlı onun rəsmi sənədləri də olub. Həmin sənədləri isə o haradasa torpağa basdırıb. O sənədləri bu yolla gizlədib, heç kim tapa bilməyib. Biz özümüz də sənədləri tapa bilmirik".